Sağlamlıq

Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı

1 Noyabr 2020 17:19
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib.

Mütəxəssisin sözlərinə görə, COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdir.

"Məsələn, ABŞ-da mövsümi qrip epidemiyası dövründə 30-40 min insan vəfat edir. Diabet xəstələri, ürək-damar xəstəlikləri və böyrək problemi olanlar isə xüsusi risk qrupundadır. COVID-19-la eyni vaxtda qripə yoluxmaq pasiyentin vəziyyətini lap ağırlaşdıra bilər", - deyə o, vurğulayıb.

Zverev ehtimal edir ki, qrip ağırlaşmalarına görə koronavirusdan ölən xəstələr az olmayıb. Lakin təsdiqlənmiş COVID-19 diaqnozunda həkimlər xəstəni qriplə əlaqədar müayinə etmirlər, laboratoriya diaqnozları qoyulmadığı üçün də bu barədə dəqiq heç nə deyilmir.

"Ola bilməz ki, bir il ərzində qrip hadisəsi qeydə alınmasın", - deyə həkim əlavə edib.

Bununla birlikdə, o, bu il qrip infeksiyasına yoluxma halının ötən illərə nisbətən daha az olacağına inandığını deyib:

"Adətən qrip epidemiyası şərqdən gəlir. İndi isə sərhədlər bağlıdır".

Həkimin sözlərinə görə, qrip COVID-19 kimi asemptomatik olmadığı üçün insanın dərhal xəstə olduğunu anlayır, özünü təcrid edir və daha az insana yoluxdurur.

Zverev son olaraq COVID-19 və qripdən ən yaxşı müdafiə vasitəsinin vaksinasiya olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.