Sağlamlıq

Qripin müalicəsində yol verdiyiniz səhv

17 Oktyabr 2023 08:57
Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda qrip, kəskin respirator infeksiyaların yayıldığı bir dövrdə Rusiyanın səhiyyə nazirliyi əhaliyə müalicədə səhvlərə yol verməmək barədə xəbərdarlıq edir.

Milli.Az xəbər verir ki, qripin ilk günü ağırlaşmadan qorxaraq insanlar dərhal antibiotik alıb özbaşına içirlər.

Bununla da özləri də bilmədən orqanizmi ağırlaşdırır, immuniteti çaşdırırlar.

İndiki qrip uşaqlar və yaşlı insanlar tərəfindən ağır keçirilir.

Antibiotiklər virus xəstəliklərini müalicə etmir, viruslara təsir etmir. Əvəzində onlar normal bağırsaq mikroflorasını öldürür, immuniteti zəiflədirlər.

Antibiotiklər o halda təyin edilir ki, qrip ağırlaşması olaraq ağciyərlərdə, burunda, boğazda bakterial infeksiya ocağı yaranıb.

Onu da hər antibiotiklə müalicə edilmir. Hər bir bakterioloji infeksiyanın spesifik antibiotiki var. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.