Sağlamlıq

Ən faydalı quru meyvələr BUNLARDIR

4 Yanvar 2021 08:17
Baxış: 2 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər bəzi meyvələrin qurudulduqda vitamin və minerallarının artdığını açıqlayıblar.

Milli.Az xəbər verir ki, quru meyvələr meyvələrin tərkibindəki suyun 90 faiz qurudulması ilə əldə edilir. Xüsusilə pəhriz saxlayanlar üçün əvəzolunmaz qida sayılır. Meyvələr arasında qurutmaq üçün ən əlverişliləri alma, armud, albalı, ərik, üzüm, tut, kividir. Armud qurusu böyrəklərin davamlı olaraq işləməsinə kömək edir. Yüksək təzyiqi aşağı salır. Armud qurusu hamilə qadınların ürəkbulanmasınının da qarşısını alır. Ərik qurusunun tərkibində isə bol miqdarda D vitamini və kalsium var. Ərik qurusu xərçəngə qarşı qoruyucudur və dərinin yaşlanmasının qarşısını alır. Tut qurusu kalsium, dəmir, B1, B2 və C vitamini ilə zəngindir. Ağ tut qurusu temperaturun aşağı salınmasına, qara tut isə boğaz ağrısına faydalı hesab edilir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.