Sağlamlıq

Həkimlərdən qrip peyvəndi xəbərdarlığı: "Antibiotiklərin yeri yoxdur"

30 Sentyabr 2020 22:25
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq havaların gəlməsi ilə insanların qrip, soyuqdəymə kimi xəstəliklərə yoluxma riski artır. Ona görə də həkimlər uşaqların qripə qarşı peyvənd olunmasını məsləhət görürlər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər qrip peyvəndinin 6 aydan yuxarı bütün uşaqlara edilməli olduğunu vurğulayırlar. Həmçinin, peyvəndlə yanaşı, xəstəlikdən qorunmaq üçün ictimai yerlərdən uzaq durmaq və xəstələrlə təmasda olmamaq lazımdır. Bunlarla yanaşı, qidalanma və yuxuya da nəzarət edilməlidir. Həkimlər qeyd edirlər ki, qripin müalicəsində antibiotiklərin yeri yoxdur. Qidalanmağa diqqət edilməli, bol maye qəbulu və istirahət lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.