Sağlamlıq

Azərbaycanda görmə qabiliyyətində, danışığında problemlər aşkarlanan uşaqların sayı artıb

4 Sentyabr 2020 17:49
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son 4 il ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətində, danışığında problemlər aşkarlananların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2019-cu ildə Azərbaycanda 2 462 100 uşaq profilaktik müayinə edilib ki, onların 2100 nəfərində eşitmə qabiliyyətinin, 14 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2900 nəfərində skolioz aşkarlanıb.

2015-ci ildə isə müayinə edilən 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9 100 nəfərində görmə qabiliyyətinin zəifliyi, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozdan əziyyət çəkdiyi məlum olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.