Sağlamlıq

Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı

17 Avqust 2020 23:10
Baxış: 2 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası zamanı plastik cərrahlara müraciət edənlərin sayı kəskin artıb.

Milli.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Atlanta Mərkəzinin plastik cərrahı Diana Aleksandr xəstə sayının son aylarda artdığını söyləyib. O bildirib ki, görünüşlərindən şikayət edən insanlar həkimlərə daha çox müraciət etməyə başlayıb:

"Heç vaxt bu qədər çox əməliyyat keçirməmişəm və bu yaykı qədər pasiyent qəbul etməmişəm".

Mütəxəssislər pandemiya və pandemiyanın məhdudlaşdırıcı tədbirlərinin tətbiqi zamanı plastik cərrahlara müraciətlərin artmasının səbəblərini insanların bu müddətdə bir-biri ilə videozənglərlə əlaqə saxlaması və bu zaman kameranın çərçivəsində öz qüsurlarını daha aydın görməyə başlaması ilə izah edib.

"The New York Times" bu tendensiyanı gözlənilməz adlandırır, çünki ABŞ-da plastik əməliyyat olduqca bahadır. Müxtəlif prosedurların dəyəri 3,3-25 min dollar arasında dəyişir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.