Sağlamlıq

Həm saçınızın, həm də üzünüzün qayğısına qalacaq

8 Avqust 2020 17:48
Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aloe bitkisindən (əzvay və ya "aloe vera" da adlandırırlar) müxtəlif xəstəliklər zamanı istifadə olunur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu bitkinin əsasında müxtəlif dərman preparatları, yağlar, kremlər və s. vasitələr hazırlanır.

Bitkidən hazırlanan 2 maskanı təqdim edir. Saçlarınızı qorumaq və uzatmaq üçün:

Aloe yarpağını uzununa bölün və içindəki şirə ilə 1 yemək qaşığı badam yağını qarışdırın. Saçlarınızda 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Dərinizdəki ləkələrin qarşısını almaq üçün:

3 yemək qaşığı su və 5 yemək qaşığı spirtli içkini (araq) 100 qram aloe vera suyu ilə qarışdırın. Məhlulu üzünüzə və boynunuza vurub 10 dəqiqə saxladıqdan sonra ılıq su ilə yuyun. Daha sonra isə nəmləndirici kremdən istifadə edin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.