Sağlamlıq

Baş kardioloqdan XƏBƏRDARLIQ: koronavirusdan qorunmaqda BÖYÜK SƏHV

3 Avqust 2020 20:14
Baxış: 2 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Digər insanlarla təmasda olduqda qoruyucu maskadan imtina koronavirus infeksiyasının yayılması ilə əlaqədar qoyulan məhdudiyyətlərin ləğvindən sonra yol verilən əsas səhvlərdən biridir".

Milli.Az xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin Baş kardioloqu Sergey Boytsov "Komsomolskaya Pravda" ya verdiyi müsahibədə deyib.

S.Boytsov bildirib ki, yoluxucu prosesin hər iki iştirakçısı - həm yoluxmuş, lakin yoluxduğundan xəbərdar olmayan şəxs, həm də qarşı tərəf maska ​​taxırsa, deməli infeksiyanın yayılmasının qarşısı alınır.

Bundan əlavə, Boytsov dərmanlardan nəzarətsiz istifadə barədə də xəbərdarlıq edib.

O, həkim resepti olmadan müəyyən dərman qəbul etməyin hemorragik daxili qanaxma və bu kimi təhlükəli nəticələr doğura biləcəyini deyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory