Sağlamlıq

"COVID-19 xəstələrinin 7-8 faizinin ürəklərində..."

31 İyul 2020 20:30
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının aritmoloqu İsmayıl Göyüşov "COVID-19 müalicəsi zamanı QT intervalı və aritmogenik risk" mövzusunda vebinar keçirib.

Universitetin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, aritmoloq qeyd edib ki, koronavirus xəstələrində aritmiyanın rast gəlinməsi sıxlığı fərqlidir: "Məsələn, COVID-19 xəstələrinin 7-8 faizinin ürəklərində döyüntü şikayəti yaşanır. Bununla belə, pnevmoniya formalaşan xəstələrin 17 faizində aritmiya müşahidə olunur".

Vebinarda QT intervalının düzgün ölçülməsi, QT-yə təsir edən faktorlar açıqlanıb. Əsasən ixtisaslaşmış həkimlər üçün nəzərdə tutulan vebinar qrafikalar, müxtəlif cədvəllər, müvafiq videoçarxlar və təsvirlərlə müşayiət olunub. Bir saat davam edən vebinarda İ.Göyüşov canlı yayımda ona ünvanlanan sualları da cavablandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.