Sağlamlıq

Bəzi dərmanları qəbul edərkən şokoladdan imtina olunmalıdır

27 İyul 2020 22:15
Baxış: 1 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvadakı Seçenov adına Tibb Universitetinin 3 saylı klinik xəstəxanasının mütəxəssisi Vladimir Beketovun sözlərinə görə, antidepressantların və sedativ preparatların qəbulu zamanı şokoladdan imtina edilməlidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həkim həmçinin bu dövrdə kakao, şərab və sinir sisteminin işinə mənfi təsir göstərə biləcək digər məhsullardan da istifadə etməməyi məsləhət görüb.

V.Beketovun bildirdiyinə görə, şokolad sinir sistemini oyadır, belə ki, tərkibində kaliumun və piylərin miqdarı çoxdur. Sinir sisteminə oxşar təsir göstərən qida məhsullarına avokadonu, bananı, pendiri, soyanı və hisə verilmiş kolbasanı aid etmək olar. "Bu məhsulların hamısının tərkibində tiramin adlı maddə var ki, bu da orqanizmdə toplanaraq, arterial təzyiqin yüksəlməsinə və kəskin başağrısına səbəb ola bilər", - mütəxəssis qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.