Sağlamlıq

Yay fəslində yediyimiz qarpızın bilmədiyimiz FAYDALARI

24 İyul 2020 21:30
Baxış: 4 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir porsiyasında 60 kkal olan qarpızın bilmədiyimiz bir çox faydası mövcuddur.

Milli.Az xəbər verir ki, qarpız tərkibində olan su və şəkərlə yanaşı bir çox mineral maddələrlə zəngindir. Qarpız obezitə və ürək-damar xəstəliyinə qarşı bir nömrəli qoruyucu hesab edilir. Tərkibi potasium maddəsi ilə zəngin olduğu üçün böyrəyində problem olan xəstələr bu meyvədən olduqca az istifadə etməlidirlər. Qarpız qan təzyiqini normallaşdırmaq  və gündəlik C vitamini ehtiyacını qarşılamaq xüsusiyyətinə sahibdir. Eyni zamanda susuzluğun və qəbizliyin qarşısını almağa kömək edir. əzələ ağrılarını azaldaraq tez bir zamanda sağalmasına sürətləndirir. Bir çox dərdə dəva olan meyvəni xüsusilə yay fəslində qəbul etmək daha məsləhətlidir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.