Sağlamlıq

Meyvə-tərəvəzlər uşaq orqanizminin vitaminlərlə təmin olunmasında mühüm rol oynayır

8 İyul 2020 22:55
Baxış: 1 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqların sağlam böyüməsi üçün ilk növbədə onların qida rasionuna fikir vermək lazımdır. Körpələrin doğulduğu gündən ilk altı aya qədər ana südü qəbul etməsi vacibdir. Lakin həmin müddətdən sonra mütləq onlara əlavə qidalar verilməlidir.

Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Alma, armud, ərik, şaftalı və digər meyvələr uşaqların sağlam böyüməsində mühüm rol oynayır. Həmin meyvələrin tərkibində olan maddələr onların vitaminlərə olan tələbatını ödəyir. Armud A, B, S vitaminləri ilə zəngindir, zehni yorğunluğu aradan qaldırır, mədə-bağırsaq həzmini yaxşılaşdırır. Lifli meyvələrlə qidalanmaq qəbizliyin yaranmasına səbəb olmur.

Meyvələrdən başqa tərəvəzlər də qida rasionunda əhəmiyyətli rol oynayır. Kələm, kök, kartof və digər tərəvəzlər çox faydalıdır. Yerli meyvə və tərəvəzlər vitaminlərlə daha zəngindir. Xüsusilə balqabağın müxtəlif cür istifadəsi uşaqların sağlamlığında çox mühüm əhəmiyyət kəsb edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory