Sağlamlıq

Gün ərzində bir çay qaşığı duz qəbul edilməsi normaldır

19 İyun 2020 22:35
0 Şərh     Baxış: 1 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xörəklərə dad verən duzun müxtəlif növləri var. Lakin mütəxəssislərin fikrincə, duz xörəklərə nə qədər dad versə də, ondan qədərində istifadə edilməsi vacibdir. İstifadə edilən duzun orqanik, yəni rafinə edilməmiş olması daha yaxşıdır, çünki həmin duzun tərkibində insan orqanizmi üçün faydalı olan 84 mineral var.

Duzun tərkibində orqanizm üçün vacib minerallar olsa da, ondan həddindən artıq istifadə edilməsi zərərli təsir göstərə, hətta piylənmə, yüksək qan təzyiqi, insult və digər xəstəliklərə aparıb çıxara bilər.

Milli.Az bildirir ki, həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: "Duz orqanizmdə ən vacib minerallardan biridir. Onun tərkibi 40 faiz natrium və 60 faiz xlordan ibarətdir. Duzsuz yaşamaq olmaz, lakin onun çoxluğu orqanizmdə fəsadlar yarada bilər. Natrium-xlor orqanizmin su elektrik balansının formalaşmasında əsas rol oynayan maddələrdən biridir. Gün ərzində 1 çay qaşığı duz qəbul edilməsi normal sayılır".

Duzu normadan artıq qəbul etdikdə yarana biləcək problemlərin aradan qaldırılması üçün bitki tərkibli çay və tərəvəzlərdən istifadə etmək məsləhət görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.