Sağlamlıq

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib

1 İyun 2020 15:22
0 Şərh     Baxış: 1 561
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və "XimPar" şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan "Avifair" preparatı Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.

"Preparatın ticarət markası "Avifair" adlanır. Yeni preparatın Beynəlxalq qaydalar üzrə kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə "Favipiravir" kimi qeydiyyatdan keçib", - dərman vasitələrinin dövlət reyestrində bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Favipiravir" preparatının RF-də satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi. Hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.