Sağlamlıq

Bu məhsullar nikotin asılılığını azaltmağa kömək edir

31 May 2020 15:30
0 Şərh     Baxış: 2 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikotin asılılığını azaltmaq prosesini yüngülləşdirən qida məhsullarının adları açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, sitrus bitkiləri siqaret çəkmək istəyini aradan qaldıra bilər.

Qreypfrut, portağal, limon kimi meyvələrdə olan turş dad C vitamini azlığının qarşısını alır. Qeyd edək ki, C vitamini orqanizmə nikotin daxil olarkən azalır.

Acı şokolad da siqaret çəkmək istəyini azalda bilir. Bundan başqa, nikotin azlığından əziyyət çəkənlər bu maddəni badımcan vasitəsilə əldə edə bilər. Mütəxəssislər qeyd edir ki, bu tərəvəzlərdə nikotin turşusu mövcuddur.

Zəncəfilin acı dadı da siqaret çəkmək istəyinin qarşısını alır. Belə ki, onun özünəməxsus dadını azaltmaq üçün bal və limonlar qarışdırmaq məsləhət görülür.

Tərkibində antibakterial sulforafan maddəsi olan brokkoli, gül kələmi və kolrabi də nikotindən asılılığın qarşısını almaqda kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.