Sağlamlıq

Gözaltı qaralmalar bu vitaminin əskikliyi ola bilər

17 Avqust 2020 07:41
Baxış: 3 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir.

Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər.

K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir.

Onun defisiti kapilyar damarları üzdə olan insan üçün təhlükəlidir.

K vitamini defisiti zamanı dəri pisləşir, solğunlaşır, bozarır, qocalır, göz altında çuxur, qırış və tünd halqalar əmələ gəlir.

Saçlar, dırnaqlar tez qırılır.

Xırda kapilyarlar partlayır, dəri altına qansızma, göyərmə olur.

Ona görə də digər vitaminlər kimi K vitamini də diqqətdə saxlayın. Əgər analizlərdə kəskin defisit aşkarlandısa, bu vitaminin həb formasını qəbul edib, eyni zamanda xaricə çəkmək olar.

Bu vitamin kələm, cəfəri,ispanaq, yaşıl tərəvəzlərdə, çiyələk və pomidorda boldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.