Sağlamlıq

Sol böyrü üstə yatmayın - Həkim səbəbi açıqladı

3 Avqust 2020 07:22
Baxış: 2 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yatarkən bədənin hansı tərəfi üstə çevrilmək barədə istər dində, istərsə də tibdə təzadlı fikirlər səsləndirilir. Bu məsələyə hətta peyğəmbərlər də toxunub və onlar sağ böyrü üstə yatmağı tövsiyə edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə həkim terapevtlər də tibbi izah verib. Onlar sol böyrü üstdə yatmağın zərərləri barədə məlumat verib.

Sol tərəfdə həyati vacib orqanlar yerləşir. Ürək, dalaq, mədə, mədəaltı vəz, bir çox əsas limfa vəziləri və damarlar.

İnsan sol tərəfi üstə bədən ağırlığını salıb yatanda bu orqanlar sıxılır, onların işini ağırlaşdırır, nəticədə insan yuxuda da, oyanandan sonra da insanın özünü pis hiss etməsinə və yuxuda dincəlməməsinə səbəb olur.

Daim olaraq sol böyrü üstə yatanların ürək və beynində oksigen defisiti olur.

Ən keyfiyyətli yuxu kürəyi üstə düz uzanaraq yatmaqla alınır. Siz də yuxu pozanızı dəyişin, fərqi və təsirini müqayisə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.