Sağlamlıq

Çimərlikdə koronavirusa yoluxa bilərsiniz? - Alimlər AÇIQLADI

11 May 2020 19:06
0 Şərh     Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dənizdə, hovuzda çimərkən və ya spa salonlarında koronavirusa yoluxma riski çox azdır.

Milli.Az bu barədə İspaniya Elmi Tədqiqat Ali Şurası (CSIC) alimlərinin tapıntılarına istinadən xəbər verir.

Tədqiqatın nəticələrinə görə, dəniz suyunun tərkibində duz var və bu, ehtimal ki, ona yoluxma riskini azaldır. Hovuzlarda, spa salonlarında dezinfeksiyaedici maddələr istifadə olunur ki, bu da virusun deaktivasiyasına kömək etməlidir. Bundan əlavə, saunalar və hamamlar 60 dərəcədən yuxarı olan temperatur ilə xarakterizə olunur. Bildirilib ki, isti mühit virusun yaranmasına mane olur.

Eyni zamanda, araşdırma müəllifləri xəbərdarlıq edib ki, duzsuz və təmizlənməmiş su hövzələrində yoluxma riski daha yüksəkdir və ziyarət zamanı müvafiq tədbirlər görülməlidir.

Son məlumatlara görə, dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı dörd milyonu keçib. Ümumilikdə 275 mindən çox insan pandemiya nəticəsində ölüb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.