Sağlamlıq

Dişləri təbii yolla necə ağartmaq olar?

2 May 2020 16:30
0 Şərh     Baxış: 2 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəyaz dişlərə sahib olmaq hər kəsin arzusudur. Ancaq çay, qəhvə və siqaret kimi xarici faktorlar diş rənginin solmasına səbəb olur.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, türkiyəli ağız və diş sağlamlığı mütəxəssisi Aslı Tapan bəzi qidalar vasitəsilə təbii yolla dişlərin ağardılmasının üsullarını açıqlayıb.

Çiyələk

Bu meyvə dişlərin üzərində ləkələrin yaranmasının qarşısını alır. Ancaq çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verə bilər. Bu səbəbdən də yedikdən sonra su içmək və ya ağzı yaxalamaq məsləhətdir.

Portağal

Portağal qabığının içindən təbii diş məcunu kimi istifadə edilir. Həftədə bir neçə dəfə dişləri onunla fırçalamaq faydalıdır.

Alma sirkəsi və limon suyu

Dişlərin ağardılmasında faydalı olan alma sirkəsi və limon suyu tez-tez istifadə olunduqda diş minasına zərər verir və çürüklərin yaranmasını daha da sürətləndirir. Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.