Sağlamlıq

Alkoqoliklər niyə koronavirusa yoluxmur? - Tanınmış pediatr açıqladı

27 Aprel 2020 22:10
0 Şərh     Baxış: 2 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pediatr və televiziya aparıcısı Yevgeni Komarovski alkoqoliklərin və narkomanların koronavirus infeksiyasına qarşı çıxma şansları ilə bağlı suala cavab verib.

Milli.Az xəbər verir ki, alkoqol və narkotik istifadə edən insanların COVID-19-a yoluxması haqqında statistika görmədiyini söyləyən həkim bu cür insanların bir üstünlüyə sahib olduqlarını qeyd edib: onlar daim özlərini təcrid edirlər.

"Onların tanışlıq dairəsi məhduddur. Buna görə də koronavirusa yoluxmaq şansları zəifdir", - deyə Komarovski bildirib.

Həkim aprel ayında bəzi insanların xəstələrlə təmasdan sonra belə yeni tip virusa yoluxmama səbəbini də izah edib. O bildirib ki, bu ehtimal immunitet sistemindən qaynaqlanır.

"Yerli immunitet selikli qişaların qoruyucu xüsusiyyətləridir. Burun, bronxlar, bağırsaq selikli qişasında selik ifraz olunur. Onun tərkibində xüsusi maddələr - sekretor immunoqlobulinlər var. Virusları vücudu işğal etməyə çalışdıqları yerlərdə zərərsizləşdirə bilərlər", - deyə Komarovski izah edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.