Sağlamlıq

Koronavirusdan qorunmağın daha bir üsulu tapıldı

24 Aprel 2020 23:05
0 Şərh     Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Möhkəm və sağlam yuxu nəinki əhval-ruhiyyəni yaxşılaşdırır və enerji verir, həm də immun sistemini gücləndirir, infeksiyalara qarşı mübarizədə kömək edir.

Milli.Az xəbər verir ki, bunu endokrinoloq, Rusiya Somnoloqlar Cəmiyyətinin (Somnologiya - yuxu haqqında elmdir) üzvü Mariya Fadeyeva müsahibəsində deyib.

"Şübhəsiz ki, xəstələnəndə instinktiv olaraq daha çox yatmaq istəyirik. İzahı çox sadədir: yuxu zamanı immuniteti qoruyan amillər ifraz olunur. Onların sayəsində immun sistemi viral və ya bakterial hücumu dəf etmək üçün səfərbər olunur. Möhkəm yuxu immun sisteminin fəaliyyətini artırır və infeksiya halında yaxşılaşma daha sürətli olur", - deyə həkim qeyd edib.

Somnoloq əlavə edib ki, yuxu keyfiyyətinin pisləşməsi əksinə, immunitet sistemini zəiflədir və bədənin infeksiyaya həssaslığını artırır. Fadeyevanın sözlərinə görə, özünütəcrid dövrü yuxu cədvəlini qurmaq və bunu vərdiş halına gətirmək üçün əla fürsətdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.