Sağlamlıq

Koronavirus peyvəndi ilə bağlı ümidverici açıqlama: oktyabrda...

22 Aprel 2020 22:32
0 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tip koronavirusa qarşı peyvənd oktyabr ayında istifadəyə verilə bilər.

Milli.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Oksford Universitetində işləyən Beçmann BMT-nin Cenevrə ofisində keçirilən Media Nümayəndələri Birliyinin (ACANU) mətbuat konfransında açıqlayıb.

İsveçrənin "Saiba" şirkəti ilə bigə COVID-19 xəstələri üçün peyvənd hazırlamağa çalışdıqlarını bildirən Beçmann işlərinin ümidverici olduğunu vurğulayıb.

"Saiba"nın əməliyyat direktoru və biokimyaçı Geri Yenninqs kliniki sınaqlar üçün hazırlıqların bu ayın sonunda tamamlanacağını deyib. Kliniki sınaqlara Sürix Tətbiqi Elmlər Universiteti də yardımçı olacaq.

ÜST-dən tam dəstək

Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus Cenevrə ofisində baş tutan videokonfransda məsələ ilə bağlı sualları cavablandırıb. O prosesin sürətləndirilməsi və peyvəndin adil şəkildə paylanmasına dair işlər gördüklərini bildirib.

ÜST-ün Fövqəladə Vəziyyətlər Proqramının direktoru Mayk Rayn peyvənd üçün görülən işləri məmnuniyyətlə qarşıladıqlarını deyib. O, peyvəndin effektiv olduğu təqdirdə, dünyanın gördüyü ən böyük səhiyyə, siyasi və maliyyə uğurlarından biri olacağını qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.