Sağlamlıq

Vərəm vaksini koronavirusa qarşı sınaqdan keçiriləcək

17 Aprel 2020 07:48
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada koronavirusla mübarizədə əvvəllər vərəmə qarşı hazırlanmış Bacillus Calmette-Guerin (BCG) vaksininin klinik sınaqlarında ən azı 4 min tibb işçisi iştirak edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə sınaqlara rəhbərlik edən Merdok Tədqiqat Uşaq İnstitutunun professoru Naycel Kertis məlumat verib.

Son günlər dünyada koronavirus infeksiyasının yayılması fonunda mütəxəssislər vaxtilə BCG peyvəndinin aparıldığı regionlarda COVID-19 xəstəliyinə yoluxma hallarının az olduğunu müşahidə ediblər.

Qeyd edək ki, BCG ilə hər il dünyada 130 milyondan çox uşaq peyvənd olunur. Alimlər hesab edirlər ki, bu peyvənd immunitetə müsbət təsir göstərir və virusun simptomlarını yüngülləşdirir.

Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 14:40-a olan məlumatına əsasən, dünyada 2 milyon 94 mindən çox yoluxma və 135 min 564 ölüm faktı qeydə alınıb, 520 min 930 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Avstraliyada indiyə qədər yeni koronavirusa yoluxanların sayı 6 min 400 nəfəri ötüb, 63 nəfər ölüb, sağalanların sayı isə 3 min 747 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.