Sağlamlıq

Pivə böyrək daşının yaranma təhlükəsini AZALDIR?

2 Avqust 2020 15:15
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərli içkilərin böyrək daşlarının əmələ gəlməsində rol oynadığı məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə "Clinical Journal of the American Society of Nephrology" nəşri araşdırma aparıb. Araşdırmaya görə, gündə bir və yaxud bir neçə dəfə şəkərli içki (kola, meyvə şirəsi və s.) qəbul edənlərdə böyrək daşının yaranma təhlükəsi, etməyənlərlə müqayisədə 33 faiz çoxdur.

Tədqiqatın rəhbəri həkim Manuel Ferraro bunun səbəbini şəkərli içkininin tərkibindəki "fruktoza" maddəsinin olması ilə izah edir. Tədqiqatın nəticəsinə görə, pivə, qəhvə, çay, təbii portağal şirəsi və şərab qəbul etmək böyrək daşının yaranma təhlükəsini azaldır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.