Sağlamlıq

Evdə qalırsınızsa, bu vitamini qəbul edin - Həkim

30 Mart 2020 18:36
0 Şərh     Baxış: 3 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyası ilə bağlı evdə qalmağa məcbur olan insanlar kifayət qədər Günəş şüası altında ola bilmədiyi üçün D vitamini qəbul etməlidir.

Milli.Az bildirir ki, bu barədə Axar.az-a pediatr Elnurə Qurbanova bildirib. Onun sözlərinə görə, uzun müddət havasız və Günəş şüası olmadan ev şəraitində olmaq orqanizmin D ehtiyatını azaldır. Bu da zamanla müəyyən problemlərə səbəb olur.

"Həm uşaqlar, həm də böyüklər yaxşı olar ki, D vitamini qəbul etsinlər. Böyüklər üçün kapsul şəklində D vitaminləri var. Kiçik uşaqlar üçün isə damcı şəklində olan vitaminlərdən istifadə edilməsi məsləhətdir", - həkim bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.