Sağlamlıq

İmmuniteti gücləndirən ƏN FAYDALI VASİTƏ - Həkim açıqladı

5 İyul 2020 21:50
Baxış: 2 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəniz kələmi tərkibində yodun yüksək olması sayəsində yalnız viruslarla mübarizədə deyil, yorğunluğa qarşı da effektivdir.

Milli.Az xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburg demək olar ki, hər hansı bir mağazada asanlıqla tapıla bilən və antiviral immuniteti stimullaşdıran təsirli məhsuldan danışıb.

O, hesab edir ki, kələm şəklində və ya qurudulmuş cips şəklində olan laminariya - dəniz yosunu mövsümi soyuqdəymə riskini azaltmağa kömək edir. Yüksək tərkibli yod xroniki yorğunluq vəziyyətinə də faydalı təsir göstərə bilər.

"Dəniz kələmi qidalanma mütəxəssisləri üçün əlverişlidir. Əsas məqam odur ki, yosunların tərkibində yod var. Bu, dünyanın ən zəngin yod məhsuludur" , - deyə Ginzburq açıqlanmasında bildirib.

Mütəxəssis əlavə edib ki, məhsul dənizdən uzaqda yaşayan hər kəs üçün xüsusilə dəyərlidir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.