Orqanizmdə iltihab yaradan 5 qida - SONU XƏRÇƏNGDİR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumdur ki, bir çox şiş xəstəliklərinin səbəbi orqan və toxumalarda hüceyrə səviyyəsində güclü iltihabi prosesin baş verməsidir.
İltihab orqanizmin xəstəliklərə qarşı müdafiə formasıdır. Amma əgər iltihab uzun müddət davam edirsə, sağalmırsa, diabet, damar və ürək əzələsi xəstəlikləri, daha sonda xərçəng inkişaf edir.
Bəs bədənimizin daxilində iltihabı yaradan nədir?
60% hallarda bu qidalardır.
Milli.Az medicina.az-a istinadən iltihabı yaradan və artıran qidaları təqdim edir. Bu qidaları rasionda azaldıb və ya çıxarsanız, iltihabi prosesləri azalda bilərsiz.
1. Şəkər, qənd, qarğıdalı siropu
Mütəmadi olaraq orqanizmə şəkər daxil olduqda, iltihabın triqeri, yəni oyadıcısı olan çitokin hasil olur. Siz qənd, şəkərdən uzaq dura bilərsiz, amma şirin qarğıdalı siropu demək olar, şirniyyat və qablaşdırılmış şirin ərzaqlarda var.
Eləcə də bir çox qablaşdırılmada şəkər fruktoza, saxaroza adı ilə qeyd olunur.
Şəkər və qarğıdalı siropu qaraciyəri piyləndirir, insulini pozur, diabet yaradır. Böyrəklərdə xroniki xəstəliklər törədir, daxili orqan və toxumalarda onkoloji şişlər yaradır.
Rasiondan qənd, şəkəri çıxarın, üzərində qarğıdalı siropu yazılmış qidaları yeməyin, şəkəri təbii baldan və quru meyvələrdən alın.
Şirniyyata olan tələbatı Omeqa 3 ilə də ödəyə bilərsiz. Kətan toxumu, yağı, qoz, fındıq, balıq və dəniz məhsulları çox yesəniz, şəkərə istəyiniz azalacaq.
2. Süni transyağlar
Müasir dövrün ən zərərli qidasıdır. Transyağları süni olaraq doymuş yağ turşularını bərkidir, onların ömrünü uzadır, nəticədə insan sağlamlığı zərər görür. Bunlara marqarin, kartof fri, qızardılmış yeməklər, qarğıdalı partlaması, qablaşdırılmış peçenye, pirojna, saxlanma müddəti 1 il və daha çox olan ərzaqlar, yarımfabrikatlar. Tərkibində bu yağlar olan qidalardan uzaq durun. Onlar immuniteti məhv edir, ürək, damar xəstəlikləri yaradır, arteriyaları tutur. Südverən qadınlarda südün keyfiyyəti pozulur.
3. Soya və Palma yağı
Hər ikisi bitki mənşəli yağdır. Son 1 əsrdə insanların bitki yağlarına tələbatı ötən əsrə nisbətən 120 % artıb. Qida sənayeçiləri bacardıqca bazara çox və ucuz bitki yağı çıxarmağa çalışır. Bitki mənşəli yağlar Omeqa 6 tərkibi ilə insan sağlamlığı, dərisi, dırnaqları, saçları üçün lazımdır. Amma müəyyən miqdarda. Hər gün və yalnız bitki yağını çox qəbul etmək iltihab markerlərini artırır. Soya və palma yağı isə diabeti yaradır.
4. Rafinə olunmuş karbohidratlar.
Bu nişasta və ya şəkərin təbiətdə olmayan, insan orqanizminə yad, süni formasıdır. Süni olaraq qida məhsullarından ayrılır, texniki işlənilir və onların DNT strukturu belə dəyişir. Bunlara aiddir ağ un, çörək, konfet, makaron, un məmulatları və s.
Onlar beyin və bağırsaqları iltihablandırır, qanda qlükozanı artırır, orqanizmə çox az enerji verir.
5. Emal olunmuş ət və ət məhsulları
Konserv, hisə verilmə, duza qoyulma, qaxac olunma və bir çox kimyəvi qatqılarla uzun ömürlü olan ət məhsulları - kolbasa, bekon, vetçina, balıq, konserv ət bütün toxuma və orqanlarda iltihab yaradır. Mədə, bağırsaq xərçəngi, diabet, ürək xəstəliklərini artırır.
Artıq sübut olunub ki, yoğun bağırsaq xərçəngi emal olunmuş ətə bağırsaq hüceyrələrinin cavabıdır. Bu qidaları menyudan tamamilə çıxarın.
Əvəzinə təmiz zülal verəcək quyruq, qaraciyər, təmiz mal, qoyun, toyuq əti, balıq yeyin. Əgər onların dadı xoşunuza gəlirsə, o zaman özünüz evdə kolbasa, konserv, qril hazırlamağı öyrənin. Bunların istifadə müddəti cəmi bir neçə gün olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)





