Sağlamlıq

Ağır QARACİYƏR xəstəliyinin asan müalicə yolu tapıldı

17 İyun 2020 23:50
1 Şərh     Baxış: 4 776
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaşıl çay ekstraktının və fiziki məşğələlərin kombinasiyası qara ciyər piylənməsi kimi ağır xəstəliyin fəsadlarının 75%-ni aradan qaldırır.

"MedicalXpress" xəbər verir ki, bu nəticələr siçanlar üzərində aparılan tədqiqatlar sayəsində əldə edilib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, tədqiqatlar zamanı bir qrup siçanlara 16 həftə ərzində yağlarla zəngin qida veriblər. Bundan əlavə bu siçanlar yaşıl çay ekstraktı ilə qidalanaraq mütəmadi olaraq xüsusi idman təkərində qaçıblar. Digər qrup isə yalnız yağlı qida alıb.

Tədqiqatın sonunda ikinci qrupla müqaisədə birinci qrupdakı siçanların qara ciyərində dörd dəfə daha az lipid ehtiyyatlarının olması müəyyən edilib.

Beləliklə, yaşıl çay içməklə məşq etməyin qara ciyər piylənməsinə qarşı səmərəli mübarizə metodu ola biləcəyi təsbit edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.