Nə üçün stres ürəyi zədələyir? - Professor izah edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stres əcdadlarımızın ən yaxşı dostu idi, onların həyatını qurtarırdı. Lakin müasir insanlar haqqında bunu demək olmaz.
Stres müasir insanların düşmənidir, ürək-damar sistemini sıradan çıxardan, insan həyatını qısaldan əsas amildir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, almaniyalı professor Kristof Herrmann-Linqen bunun səbəblərini izah etdi.
Təhlükə zamanı orqanizmdə çoxlu miqdarda stres hormonları (adrenalin, noradrenalin və kortizol) ifraz olunur. Onların təsirindən qan dövranı və tənəffüs tezləşir, əzələlər qanla daha yaxşı təchiz olunur, beyin aktivləşir. Bədən 2 mümkün olan ssenariya hazırlaşır - döyüşmək və ya qaçmaq. Hər 2 halda fiziki aktivlik, əzələ aktivliyi tələb olunur. Fiziki aktivlik stresin bədəndən çıxmağına səbəb olur ki, nəticədə orqanizm sakitləşir və rahatlaşır.
Lakin bu gün insan stresi aktiv şəkildə deyil, passiv şəkildə yaşayır. Nəticədə orqanizmdə əmələ gələn əlavə enerji sərf olunmur, stres daha uzunmüddətli olur, güclü gərginlik yaranır.
Stres zamanı ürək və qan dövranının aktivləşməsi nəticəsində təzyiq qalxır. Əzələ aktivliyi olmadıqda təzyiq uzun müddət ərzində yüksək səviyyədə qalır və bu da ürək və damarlara ciddi ziyan vurur, onların həddindən artıq yüklənməsinə səbəb olur, hipertoniyanın inkişafına gətirib çıxardır.
Professor qeyd edir ki, vaxt keçdikcə yüksək təzyiqin təsirindən ürək əzələsi və damarlar zədələnir, aritmiya, infarkt və ya ürək çatışmazlığı inkişaf edir.
Bütün bunları nəzərə alaraq professor stresli həyat sürən insanlara fiziki aktiv olmağı, müntəzəm olaraq idman və bədən tərbiyəsi ilə məşğul olmağı, daha çox piyada gəzməyi tövsiyə edir. Bütün bunlar orqanizmdə stresin səviyyəsini azaldaraq ürəyi və damarları qorumağa kömək edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





