Sağlamlıq

İnsan vaxtından əvvəl niyə ölür? - SƏBƏBLƏR

10 May 2020 23:55
0 Şərh     Baxış: 2 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Con Xopkins Universitetinin mütəxəssislərinin gəldiyi qənaətə görə, daha fəal fiziki aktivlik vaxtından əvvəl ölümün qarşısını alan əsas amillərdən biridir.

Milli.Az xəbər verir ki,  C.Xopkins Universiteti bununla bağlı uzunmüddətli bir araşdırma həyata keçirib. Araşdırmaya 548 yaşlı insan cəlb edilib. Araşdırma 2007-ci ildən 2015-ci ilədək davam edib. Prosesə cəlb edilən 548 insan monitorlar vasitəsi ilə izlənilib. Mütəxəssislər fiziki aktivliyin ömrün uzanması və ölümün qarşısının alınmasında heç bir əlaqəsini tapa bilməyiblər. Lakin  gün ərzində daha çox fiziki aktiv olan və məşq edən insanların daha az fiziki aktiv olan insanlardan uzun ömür yaşaması bəlli olub.

Yəni passiv insanların daha tez xəstələnməsi və yaxud da  sağlamlığına ciddi təhlükələrin çıxdığı bəlli olub.

Aparılan araşdırma nəticəsində 548 nəfərdən 61-i 2017-ci ilin sonunadək  ölüb, 487-si isə sağ qalıb. Sağ qalanların gün ərzində orta hesabla 5,7 saat, ölənlərin isə gün ərzində 4,7 saat məşq edən insanlar olub. İnsanın ölümündə yaş həddi, insanın cinsi, çəkisi, xəstəliyin təsiri kimi digər amillər az rol oyandığı ortaya çıxıb. Odur ki, yaşlı insanların davamlı fiziki aktiv fəaliyyətlə məşğul olması insan ömrünü uzadan amildir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.