Sağlamlıq

Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı: "Kəllə-paça, turşu suyu və..."

7 Fevral 2020 22:53
3 Şərh     Baxış: 4 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus və infeksiyalardan qorunmaq üçün ev sirkəsi, ev qatığı, ev turşusu, turşu suyu istifadə edin".

Milli.Az xəbər verir ki, bu sözləri Türkiyənin daxili xəstəliklər üzrə məşhur mütəxəssis və kardioloqu Canan Karatay deyib.

Professor bildirib ki, koronavirus qorxunc xəstəlik deyil: "Orqanizmimizin immun sistemini qırmasaq, xəstələnmə riskimiz yoxdur. Bütün məsələ bundadır. Koronavirus dedilər, amma qripdən fərqi yoxdur. Korona verbal infeksiyadır. Ondan qorunmaq mümkündür. Texnologiyanın inkişafına rəğmən, əsrlərdir ki, virusun qarşısını ala bilmədik. Onların hüceyrəyə daxil olmasını əngəlləmək lazımdır. Hüceyrə içəri daxil olmasa, xəstəlik də olmaz. Bunun üçün də immun sistemimizi qüvvətləndirməliyik".

İnsanların gündəlik rasionunda çörəyə çox yer verdiyini tənqid edən Karatay un məmulatlarından uşaqların uzaq durmasının daha sağlam olacağını bildirib.

Qripə qarşı kəllə-paça yeyilməsini tövsiyə edən professor bu yeməkdə protein, balanslı yağ və vitaminlərin olduğunu qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.