Sağlamlıq

Alış-veriş çekləri sonsuzluq və xərçəng yaradır - Həkimdən ŞOK XƏBƏRDARLIQ

5 İyul 2020 21:00
Baxış: 1 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mağazalarda, AVM-lərdə, terminallarda və ya bankomatlarda davamlı əlimizdə olan çeklərin sağlamlığınızı təhlükəyə atdığını bilirdinizmi?

Milli.Az xəbər verir ki, çeklərdə olan BPA ("Bisfenol-A") maddəsi sonsuzluqdan xərçəngə qədər bir çox problemə səbəb olur.

Türkiyəli fitoterapiya mütəxəssisi Buğra Buyrukçu istehlakçılara insan sağlamlığına ziyan vuran "Bisfenol-A" maddəsi tərkibli məhsullar barədə xəbərdarlıq edib.

Ən sıx istifadə etdiyimiz və ya toxunduğumuz məhsulların ilk pilləsində alış-veriş çekləri və plastik qabların gəldiyini söyləyən ekspert onlarla təmasın təhlükəsi barədə danışıb:

""Bisfenol-A" qadınlarda yumurtalıqların həcmini azaldır, erkən menopozun yaranmasına səbəb olur. Embrionun uterusa yapışmasını çətinləşdirir. Bu kimyəvi maddəyə davamlı məruz qalan hamilə qadınların körpələri risk altındadır. Doğuşdan sonra davranış pozğunluğu yarana bilər".

Mütəxəssis bildirib ki, istifadə etdiyimiz plastik məhsulların tərkibini də yoxlamaq sağlamlığımız üçün mütləq şərtdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.