Sağlamlıq

Beyin qan dövranına müsbət təsir göstərir

22 Yanvar 2020 23:25
2 Şərh     Baxış: 3 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevgi, gözəllik daşı sayılan zümrüdü qədim romalılar eşq daşı adlandırırdılar. Zümrüd fars sözü olub mənası yaşıl deməkdir. 1920-ci ildə aşkar olunmuş və hazırda Amerikada muzeydə saxlanılan 632 karatlıq Patrisiya adlanan daş dünyada ən böyük zümrüd sayılır. Dünyada mövcud olan ən saf zümrüd 1964-cü ildə Kolumbiyanın Myuza əyalətində aşkar edilib. Roma imperatorlarından biri zümrüd daşından böyüdücü kimi qladiatorların döyüşünü izləmək üçün istifadə edirdi.

Araşdırmalar nəticəsində qiymətli daşın bir çox xəstəliklər üçün xeyirli olduğu da təsdiqlənib. Milli.Az bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Zümrüd sinir sisteminə, baş beyində olan qan dövranı pozğunluqları zamanı çox müsbət təsir edir. Beyin qan dövranı pozulması nəticəsində qulaqda küy varsa, müalicə ilə yanaşı uzun müddət zümrüd qaşlı sırğa taxmaq həmin prosesin azalmasına səbəb olur".

Zümrüd daşı ürək, böyrək, ağciyər xəstəlikləri və əsəb sistemi üçün müalicəvi təsirə malikdir. Zümrüdə uzun müddət baxmaq göz işığını bərpa edir. Hələ qədim zamanlardan zümrüd ilan zəhərinə qarşı ən yaxşı müalicəvi vasitə sayılıb. Bunun üçün zümrüdün kristal dənələrini döyüb toz halına salır və həmin tozu ilan sancdığı yerə səpir və ya suya qarışdırıb ilan vuran xəstəyə içirdirdilər. Ərəbistanda isə zümrüd tozunu dəvə südünə qatıb zəhərlənməyə qarşı istifadə edirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.