Sağlamlıq

Qara çayı yaşılla əvəzləyin - MƏSLƏHƏT

12 Yanvar 2020 21:05
1 Şərh     Baxış: 1 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü antioksidant olan yaşıl çaydan gündə ən azı 2-3 dəfə istifadə edin.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xərçəngin düşməni sayılan yaşıl çay, ürək xəstəliyi riskini də azaltmağa yardımçı olur. Bu səbəblə, yeni ildə sağlamlığınız üçün qida rasionumuza yaşıl çay əlavə etməyiniz məsləhətdir.

Türkiyəki kardioloq uzman A.Atakan artıq çəki ilə bağlı danışarkən bildirib ki, yaşıl çay arzuolunmaz çəkilərin də düşmənidir. Onun sözlərinə görə, yaşıl çay istifadəsi zamanı hər itirdiyiniz çəkidə təziqiniz və xolestorolunuz düşəcək və şəkər səviyyənizdə azalma olacaq.

Yaşıl çaydan əlavə, idman etməyi də həyatınızın bir parçasına çevirin. Gün içərisində hər fürsətdə daha çox hərəkət etməyə çalışın. Həkimin sözlərinə görə, güdəlik duz istifadəsi də 5 qramı keçməməlidir. Bol su içmək həm arıqlama prosesinizə, həm də dərinizə olduqca faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.