Sağlamlıq

Ötən il ərzində nikaha daxil olmaq istəyən 297 nəfərdə sifilis aşkarlanıb

4 Yanvar 2020 16:42
0 Şərh     Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ötən il ərzində nikaha daxil olmaq istəyən 126 mindən çox insanın qan nümunəsi müayinə olunub.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib.

Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.

Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.