Sağlamlıq

Fitoterapiya səmərəli müalicə üsullarından biridir

3 Yanvar 2020 21:53
0 Şərh     Baxış: 1 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fitoterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən səmərəli üsullardandır. O, elmi əsaslarla tətbiq edilən xalq təbabətidir və bitkilərin ölçü miqdarını, hansı növlərin qarışdırılmasının mümkünlüyünü və onların təsirini müəyyənləşdirir.

Milli.Az bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Dərman bitkisi fərdi qaydada xəstənin çəkisinə və yaşına uyğun olaraq hesablanır və qəbul edilir. Adətən yarpaqları dəmləmək üçün 15 dəqiqə kifayət edir, oduncaq, qabıq və kök hissələri isə 25-30 dəqiqə qaynar suda dəmlənilir".

Həkimin sözlərinə görə, dərmanlarda olduğu kimi, bitkilərdə də ölçü, yan və əlavə təsirlər mövcuddur. Ona görə də həmin məqamlara diqqət yetirilməli və xəstəliyə uyğun bitkilər seçilməli, onlardan düzgün istifadə edilməlidir. Əsasən mədə xorası, qastrit, öd daşı problemləri, iltihabi proseslər, həmçinin yüksək xolesterin, hipertoniya və bu kimi digər xəstəliklərin müalicəsi üçün müxtəlif bitki çaylarından istifadə olunur. Qapalı, havasız yerdə saxlanılan çayların qəbulu məqsədəuyğun deyil. Onların uzunmüddətli içilməsi əks təsirlərlə üzləşmək təhlükəsi yaradır. Xəstəliyin müalicəsi zamanı bitkilərin növünə görə dəmləməsi, yağı və siropundan istifadə etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.