Sağlamlıq

Düyünü zərəhli maddələrdən təmizləmək üçün belə bişirin - Professorun tövsiyəsi

27 Dekabr 2019 22:04
1 Şərh     Baxış: 2 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kvins Universitetinin (Belfast) professoru Endi Mexarq düyünün düzgün bişirilməsi qaydasını açıqlayıb.

Professor qeyd edib ki, düyünün yetişdirilməsi zamanı qrunt sularından düyüyə zəhərli maddə olan mərgümüş düşür. Bu maddə orqanizmə toksiki təsir edir, orqanizmdə toplanaraq şəkərli diabet, ürək xəstəlikləri və xərçəng yaradır.  

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, professor Mexard xüsusi araşdırmalar apardıqdan sonra düyünü mərgümüşdən təmizləmək üçün onu bu qaydada bişirməyi təklif edib.

Düyü axşamdan bol suda isladılır, səhər axar suyun altında yaxşı yuyulur və sonra bişirilir. Suyun miqdarı düyüdən 5 dəfə çox olmalıdır. Bu qaydalara əməl etməklə düyüdə mərgümüşün miqdarını 82% azaltmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.