Sağlamlıq

Sonsuzluqdan əziyyət çəkən qadınlara kömək edən OTLAR

25 Dekabr 2019 23:34
0 Şərh     Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sonsuzluq müasir dövrün bəlasıdır. Qadın sonsuzluğu zamanı əsas müalicə ilə yanaşı bəzi otların qəbulu da yaxşı kömək edir.

Milli.Az saglamolun.az-a istinadən rusiyalı fitoterapevt (otlarla müalicə edən mütəxəssis) L.Kozırevanın bəzi tövsiyələrini sizə təqdim edir.

Fitoterapevt sonsuzluqdan əziyyət çəkən qadınlara zəncirotu kökləri, kalendula, çobanyastığı, moruğun yarpaqları, bağayarpağı toxumları, yovşan kimi otların faydalı olduğu qeyd edir. Bu otları ayrı-ayrı və ya birlikdə qəbul etmək olar. Lakin qəbul etdikdən əvvəl mütləq müalicə həkiminizlə məsləhətləşin. 

Həmçinin Kozırevanın sözlərinə görə, həm kişi, həm də qadın sonsuzluğu zamanı cücərdilmiş buğda yaxşı kömək edir. Fitoterapevt cücərdilmiş buğdanı ətçəkən maşınından keçirməyi və balla qarışdırıb hər gün yeməkdən 30 dəqiqə əvvəl 1 x.q. olmaqla qəbul etməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.