210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il noyabrın ikinci və ya üçüncü həftəsində qeyd olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xroniki kəskinləşən ağciyər xəstəliyi - ağciyərlərdən hava axınının hərəkətinin davamlı olaraq pozulması ilə müşayiət olunan bir sıra xəstəliklərin ümumi adıdır. Əvvəllər "xroniki bronxit", və "emfizema" adlandırılan xəstəliklər də indi həmin sıraya aid edilir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yer üzündə 210 milyon adam xroniki kəskinləşən ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik nəticəsində ölənlərin 90 faizi aşağı və orta səviyyəli həyat şəraitinə malik ölkələrin payına düşür. Xəstəliyin inkişafının əsas səbəbi siqaret, tütün tüstüsü, havanın çirklənməsi, kimyəvi maddələrin buxarı ilə təmasda olmaqdır.
Xroniki kəskinləşən ağciyər xəstəliyi şəfasız mərəz olsa da, düzgün müalicə onun inkişafını ləngitməyə imkan verir. Həkimlərin ehtimallarına əsasən, yaxın vaxtlarda zəruri profilaktiki tədbirlər görülməsə, bu xəstəlikdən ölənlərin sayı qarşıdakı on ildə 30 faizdən çox artacaq.
Xroniki Kəskinləşən Ağciyər Xəstəliklərinə Qarşı Ümumdünya Mübarizə Günü çərçivəsində xəstəliklə əlaqədar məlumatlandırma və pasiyentlərə kömək göstərilməsi sahəsində qlobal addımlar atılır. Həmin gün dünyanın hər yerində səhiyyə mütəxəssisləri tibbi müayinələr, profilaktik və informasiya tədbirləri aparırlar. Bu sahədə aparılan müxtəlif tədbirlər sırasında siqaretə qarşı mübarizə əhəmiyyətli yer tutur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu bitki stressi və qan şəkərini azaltmağa kömək edə bilər
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin
-
Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
-
"Zirə" evdə "İmişli"ni məğlub edib
-
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov
-
Anxel Di Mariya buna görə karyerasını bitirmək istəyir
-
Fənərbaxça”dan Taliska açıqlaması
-
İsmayıllıda göldə bacı-qardaş batıb
-
8 il sonra eyni serialda çəkiləcəklər
-
"Şəfa" "Qəbələ"yə qalib gəldi
-
Goranboyda ağır qəza - Ölənlər var
-
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
-
Azərbaycan da siyahıda idi: ABŞ-dan viza qərarı
-
Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır - (Video)
-
Faiq Ağayevə ağır itki üz verdi
-
Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram





