İnsult riskini artıran axşam vərdişləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər.
Liz Vaysın sözlərinə görə, şam yeməyində duzlu qidaların - çatdırılma yolu ilə sifariş edilən yeməklərin, pizzanın, ət yarımfabrikatlarının və digər hazır qidaların - müntəzəm istehlakı damarların sağlamlığına mənfi təsir göstərə bilər.
"Yüksək təzyiqi və ya duza həssaslığı olan, müntəzəm olaraq natriumla zəngin qidalar qəbul edən insanlar qan təzyiqlərini idarə etməkdə daha çox çətinlik çəkə bilərlər", - deyə o xəbərdarlıq edib.
İnsult riskini azaltmaq üçün Liz Vays, xüsusilə də şam yeməyində, natrium miqdarı az olan qidalara üstünlük verməyi tövsiyə edib. O, həmçinin axşam saatlarında şəkərli qida və içkilərdən uzaq durmağı məsləhət görüb. Çünki onların müntəzəm istehlakı gündəlik şəkər qəbulunu artırır və bu da uzunmüddətli perspektivdə insult, hipertoniya, piylənmə və 2-ci tip diabet riskini yüksəldə bilər.
Bundan əlavə, uzun iş günündən sonra divanda istirahət etmək istəyinin həddindən artıq olması da fiziki aktivliyin azalmasına səbəb ola bilər.
"Əgər günün çox hissəsini artıq oturaq vəziyyətdə keçirmisinizsə, bütün axşamı da oturaq keçirmək ürək-damar sağlamlığını dəstəkləmək üçün əldən verilmiş bir fürsətdir", - deyə Liz Vays qeyd edib.
Öz növbəsində Rosanna Rast yatmazdan əvvəl spirtli içki qəbul edərək istirahət etmək vərdişindən də çəkinməyi tövsiyə edib.
"Alkoqol qan təzyiqini artıra, damarların vəziyyətinə təsir göstərə və iltihabı gücləndirə bilər. Axşam saatlarında alkoqol qəbul etmək, həmçinin yuxunu poza bilər. Sağlam yuxu rejimi isə uzunömürlülük və insultun profilaktikası üçün vacibdir", - deyə Rosanna Rast vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
-
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı
-
Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
Bakıda məktəbli qətli: Uşağı məsuliyyətdən yayındırmaq üçün saxta sənəd düzəldirlər? - (Foto)
-
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq - Açıqlama
-
Yeni Ramana küçəsində təmir başlayır
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
Amansızlıqla qətlə yetirilən 24 yaşlı Fatimənin (Fotosu)
-
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
-
Dado və Elşad Xose bir arada - (Video)
-
Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?
-
Türkiyə millisində Montellanın yerinə keçəcək baş məşqçi müəyyənləşdi
-
Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb
-
Zelim Tçkayev finalda məğlub olub
-
Ömər Rəcəbli dünya üçüncüsü olub
-
Pedro Rodriges karyerasını başa vurdu
-
Kıvanç Tatlıtuğun uşaqlıq (Fotosu)
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib





