Sağlamlıq

Apteklərdən aldığınız bu dərmanlar təhlükəli ola bilər - Hansı xəstələrə olmaz?

25 Oktyabr 2019 23:05
0 Şərh     Baxış: 2 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanların qızdırma və ağrı zamanı üz tutduqları, artıq klassikaya çevrilmiş metodlar, dərmanlar, qızdırmasalıcı və ağrıkəsicilər  əslində orqanizminizə ciddi zərbə vurub, təhlükəli vəziyyət yarada bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda menstruasiya ağrılarından tutmuş baş ağrısı, qrip, artrit, adi halsızlıqda belə dərhal qeyri-steroid iltihab əleyhinə dərmanlar ən çox alınıb istifadə edilir. Aptekə girən kimi bu dərmanları tövsiyyə edirlər.

Reseptsiz satılan  ibuprofen, parasetamol, diklofenak, indometisin, nimesil, naproksen, aspirin - təkcə tablet şəklində yox, iynə, maz, şam formasında da olur. 

Kimlərdə adi ağrıkəsici əks effekt verib, təhlükə yarada bilər?

Ümumdünya Səhiyyə Təşkilatı həkimsiz və reseptsiz bu qrup insanların belə dərmanları qəbul etməsini tövsiyyə etmir:

-Astmalı xəstələr
-65 yaşdan yuxarı yaşlılar
-Mədəsində şiş, xora, yara olanlar
-Qaraciyər, böyrək, təzyiq və bağırsaq problemi olanlar
-Hamilələr, südverənlər

Uzun müddət bu tərkibli dərmanları böyük dozlarla qəbul etmək çox təhlükələr yaradır.

-Bir çox alimlər aspirindən başqa bütün digər qeyri-steroid  dərmanlar insult və infarkt riskini artırır. 
-Xüsusən diklofenak qəbulu riski 3 dəfə artır
-Uzun müddət qəbuldan sonra qəfil bu dərmanların kəsilməsi də ürək, tromb, infarkt, insult riski artırır. 
-Doza həkim nəzarəti ilə getdikcə azaldırlaraq kəsilməlidir. 

-Qeyri-steroid dərmanların mədə qanaması, yaralar, bağırsaq qanaması yaratması faktları daha çoxdur. Xüusəən yaşlı insanlarda  bu risk yüksəkdir. 
-Eləcə də gənc qadın və kişilər uzun müddət bu dərmanları qəbul etdikdə reproduktiv sistemə mənfi təsir edir və sonsuqluq yaradır. 
-Əgər bu dərmanları qəbul etdikdə aşağıdakı hallardan biri baş verərsə, qəbulu dayandırıb, həkiminizə məlumat verin:
-Mədədə,qarında sancı, həzm pozğunluğu, diareya
-Qusma, qanlı qusma, qara nəcis,  bənizin ağarması

-Baş gicəllənmə, yuxululuq
-Allergik reaksiyalar
-Böyrəklər tərəfdən problem

Digər xəstəliklərin müalicəsi məqsədilə başqa tərkibdə dərmanlar qəbul edən şəxslər, xüsusən diuretiklər, antidepressant qəbul edənlər həkimsiz qeyri-steroid dərmanlar almamalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.