Payızda hansı əməliyyatları etdirmək məsləhətdir? - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız mövsümü bir sıra əməliyyat növləri, eləcə də əməliyyat olunmalı olsa da müxtəlif səbəblərdən bunu təxirə salanlar üçün fürsətdir.
Hansı xəstəliklərin cərrahi həlli üçün payızda müraciət edə bilərsiz
Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda bir çox əməliyyatlar endoskopik və azinvaziv metodludur. Bu da kəsiksiz, bəzən qansız olub, bərpası da sürətli olur. İndi xəstəxanadakı günlər də çox azdır.
Təcili olmayan, planlı və çoxdandır etdirməyi düşündüyünüz bu əməliyyatları sərin payızda etdirə bilərsiz.
1.Travma, zədə sonrası əməliyyat, dayaq-hərəkət, sümük, toxuma əməliyyatları
Sümüklərində, ayaqlarında, toxumalarında, onurğasında, oynaqlarında travma, iltihab və digər xroniki xəstəliklər səbəbindən bir çox travmatoloji əməliyyatlar.
Diz, bud, çiyin, daban əməliyyatları, endoprotezlənmə. Bu əməliyyat da endoskopik həyata keçirilir.
Stasionarda yatış cəmi 2 gündür.
Eləcə də ətə batmış dırnaq, daban şporu, yastıayaqlılıq da bu aylarda oluna bilər, çünki ayaqyalın və nazik ayaqqabı ilə gəzmirsiz.
Eləcə də kifoz, skolioz, onurğa yırtığı əməliyyatları sərin havalarda olunsa yaxşıdır, çünki xəstə bir müddət uzanmalıdır, korset taxmalıdır, bu da yayda diskomfort yaradır. Bu problemlər artıq invaziv, endoskopik, lazer cərrahiyyəsi, vertebroplastika metodları ilə kəsiksiz həll olunur.
2.Diafraqmal yırtıq, qastroezofagit reflüks
Bu kimi yırtıqlardan yeganə xilas yolu da cərrahidir. İnvaziv metodla endoskopik aparılır. Bu əməliyyatlardan sonra qaçmaq, ağırlıq qaldırmaq, idman olmaz. Ona görə bu əməliyyatları da payızda etmək məsləhətdir.
3.Damarlarda fleboloji əməliyyatlar
Bu əməliyyatlar üçün payız ən optimal vaxtdır. Varikoz, tromboflebit, ulduz damarlar, şişkinlik, xora kimi əməliyyatlar azinvaziv metodla, radiotezlikli ablasiya, lazer koaqulyasiyası kimi müasir metodlarla həll olunur. Bu əməliyyatdan sonra xüsusi corab və elastik bintlər sarınır ki, bu da isti aylarda çətinlik törədir. Ona görə sərin aylarda fürsəti qaçırmayın. Bu əməliyyatlarınız daha rahat keçəcək.
4.Plastik əməliyyatlar
Rinoplastika, mammoplastika, blefaroplastika, adbominoplastika kimi əsas estetik əməliyyatlar yayda sarğı, bint altında xəstəyə diskofort yaradır. Burnunu kəsdirənlər onsuz da yaxşı nəfəs almır, bir tərəfdən isti hava ağız burnunu qurudur.
Sinədə, bədəndə aparılan əməliyyatlarda daxili kəsik və çapıqların tam sağalması üçün vaxt lazımdır. Reabilitasiya dövründə üzdə, göz altında, bədəndə şişkinlik, göyərmə olur. Ona görə yeni ilə kimi tam bərpa olmaq üçün zamanınız olacaq, həm də isti yaylarda insanlardan, cəmiyyətdən uzaq durub gizlənməyəcəksiz.
Eləcə də dəridə xal, törəmə, piqment ləkə kimi qüsurların da aradan qaldırılması üçün payızı qaçırmayın.
5.Kosmetoloji prosedurlar
Pilinqlər, dermobraziya, dərinin üst təbəqəsinin soyulması, ləkələrə qarşı müalicə, botoks və iynə terapiyası, gellə korreksiya üçün də sərin payız ayı seçilməlidir ki, prosedurların effekti olsun və dəri günəşdə zədələnməsin.
Bütün bu qaydalar planlı əməliyyatlara aiddir. Təbii ki, təcili hallarda təxirəsalınmaz tədbir kimi cərrah istənilən fəsildə və saatda sizin qərarı gözləmədən əməliyyatı edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək





