Varikoz zamanı türkəçarə vasitələr - alma sirkəsi, zeytun yağı, sarımsaq…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son statistik məlumatlar göstərir ki, dünya üzrə hər 2-3 qadından birində bu və ya digər formada varikoz xəstəliyi var.
Kosmetik qüsur yaradan və qadınlara geyim seçimində ciddi məhdudiyyətlər qoyan bu xəstəlik inkişaf etdikcə çox ağır fəsadlar verə bilir.
Ən ağır belə fəsadlardan biri ağciyər arteriyasının tromboemboliyasıdır ki, xəstə damarda əmələ gələn tromb qan axını ilə ağciyər arteriyasına düşərək onu bağlayır və bu da bəzi hallarda hətta ölümə səbəb ola bilər.
Bunları nəzərə alaraq varikozun ilk simptomlarında (ayaqlarda ağırlıq, ağrılar, şişkinlik, damarların qabarması) həkim fleboloqa müraciət etmək və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün lazım olan müalicələr almaq lazımdır.
Ev şəraitində əsas müalicə ilə yanaşı bəzi türkəçarə vasitələrdən də istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, tək bu vasitələrdən istifadə etməklə xəstəliyin inkişafını ləngitmək və fəsadların qarşısını almaq mümkün deyil.
Beləliklə, varikoz xəstəliyi zamanı hansı təbii vasitələr kömək edə bilər?
1. Alma sirkəsi
Alma sirkəsi yerli qan dövranını yaxşılaşdırır, ağrıları və şişkinliyi azaldır. Sirkədə əski isladıb xəstə damarların üzərinə kompress şəklində qoymaq olar.
2. At şabalıdı
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yeməli şabalıdın yaxın "qohumu" olan at şabalıdı əsrlər boyu varikoz xəstəliyinin müalicəsində istifadə olunur. At şabalıdı əsasında çoxlu sayda müxtəlif gel və məlhəmlər hazırlanır. At şabalıdı şişkinliyi və ağrıları azaldır, kapilyarları möhkəmləndirir, trombların riskini azaldır.
50 qr at şabalıdının qabıqları götürülür. Üzərinə yarım l araq tökün, 2 həftə ərzində qaranlıq yerdə saxlayın, sonra süzün. Dərman hazırdır. (İstifadə qaydası alma sirkəsində olduğu kimidir).
3. Zeytun yağı
Min dərdə dərman olan zeytun yağı da varikozun müalicəsində istifadə olunur. Yağı bir qədər isidin, xəstə damarlara çəkin, çox yüngül massaj edin.
4. Sarımsaq
1 baş sarımsağı blenderdə əzin, üzərinə 2 x.q. zeytun yağını əlavə edin, qarışdırın, 1 gün saxlayın. Sonra kompreslər üçün istifadə edin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü





