Cift nədir? - Quruluş, funksiyalar, pozulmalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az saglamolun.az-a istinadən mama-ginekoloq Nüşabə Əlişovanın yazısını təqdim edir.
Cift dölün ana bətninə düşən anından inkişaf etməyə başlayan və hamiləliyin 20-ci həftəsində inkişafını və böyüməsini tamamlayan, dördüncü ayından başlayaraq hamiləliyi qoruyan hormonunu ifraz edən orqandır.
Cift dölün qidalanmasını, maddələr mübadiləsini, oksigenlə təmin edilməsini, ağciyərin, böyrəklərin, qaraciyərin funksiyasını icra edən, dölün qanını ananın qanına qarışmasının qarşısını alan, döl doğulduqdan sonra uşaqlıqdan xaric edilən və bununla öz funksiyasını dayandıran mükəmməl bir sistemdir.
Cift göbəkciyə vasitəsi ilə dölə birləşmiş olur. 2 vena və 1 arteriyadan ibarət ciyə dölə lazım olan maddələri ötürür. Döl doğumdan 5 dəq. sonra ciftən ayrılır.
Cift 2 üzdən ibarətdir - ana və döl sahələri. Ana sahəsi uşaqlığa bitişir, kələ-kötür olur. Döl sahəsi isə uşaq tərəfə baxan və hamar olur. Qalınlığı 2,5-3 sm, ümumi sahəsi 20 sm, cəkisi 550 qr ola bilir. Göbəkciyəsinin uzunluğu 50 sm olur. Dölə hər hansı bir maneçilik törətməyən cift uşaqlığın divarında özünə yer edir, uşaqlıq divarına yapışır və beləliklə "ana-cift-döl" sistemi yaranır.
Çox mürəkkəb funksiyaları icra edən cift sağlam dölün böyüməsində olduqca böyük rol oynayır. Döl öz inkişafını tamamlayana qədər cift ona tam dəstəyi verir.
Ciftlə bağlı tez-tez müxtəlif suallar ortaya cıxır. Belə suallar hamiləlik müddətində müşahidə olunan qanaxmalardan sonra yaranır.
Bu qanaxmalar ciftin uşaqlıq divarından ayrılması nəticəsində olur. Cift öz növbəsində mərkəzdən və ya kənarından ayrıla bilər. Biz hamilələrdə qanaxmanı yalnız ciftin kənardan ayrılması nəticəsində görə bilərik. Mərkəzdən ayrılan cift yalnız USM müayinəsində izləyə bilirik. Qadın küt ağrı, dölün zəif tərpənməsi şikayətləri ilə müraciət edə bilər.
Ciftin ayrılması hamiləlikdən öncə keçirdiyi qinekoloji xəstəliklər, endokrin pozulmalar, oncədən kecirmiş qinekoloji əməliyatlar nəticəsində ola bilər. Ən çox rast gəlinən hipertenziv xəstəliklər və preeklampsiyası olan qadınlarda müşahidə etmək olar. Yaşı 18-dən az, 35-dən cox qadınlar risk qrupuna aiddir.
Mərkəzdən az bir sahədə qopma müşahidə edilirsə, konservativ müalicə ilə fəsadsız hamiləliyi sona catdırmaq olur. Əgər sahə iri olarsa, döldə qidalanma pozular, oksigen catışmazlığı nəticəsində hipoksiya yaranar. Hamiləliyin müddətindən asılı olaraq qadın təcili doğuşa və ya kesar kəsiyi əməliyyatına alına bilər. Hamiləliyin müddəti doğuşa və kesar əməliyyatına uyğun olmazsa, dölə distress profilaktikası aparılacaq, dölün ağciyərləri dərman vasitəsi ilə yetişdirildikdən sonra vaxtında əvvəl doğuşa və K/K əməliyatına götürülür.
Digər patologiyalar ciftin yerləşməsi və bitişməsi ilə əlaqəlidir. Hamiləlikdən öncə uşaqlıqda olan çapıqlar, iltihabi xəstəliklər nəticəsində cift uşaqlıq boynuna yaxın (tam və hissəvi) yerləşə bilir. Bu öz növbəsində doğuşun normal keçməsinə maneələr yaradır.
Cift uşaqlıq boynundan 7 sm uzaqlıqda yerləşməlidir. İlk aylarda bundan az məsafədə yerləşən cift uşaqlıq böyüdükcə yuxarı qalxır. Uşaqlıq boynunu hissəvi örtən cift daim nəzarət olunmalıdır, hestasiya dövründə qadında qanaxmalar müşahidə edilir.
Belə hamilələr ağır fiziki işlərdən, idmandan uzaq olmalı, yataq rejiminə riayət etməlidir. Təbii doğuş mümkündur. Doğum fəaliyyəti başlayanda, uşaqlıq boynu açıldıqca dölün başı cifti sıxır və qanaxma dayanır.
Cıft uşaqlıq boynunu tam örtükdə (plasenta previa) təbii doğuş mümkün olmur. Biz bunu USM müayinəsi vasitəsi ilə vaxtında təyin edirik və qadın planlı şəkildə kesar kəsiyi əməliyyatına hazırlanır.
Ciftin anomaliyalarına onun uşaqlıq divarına həqiqi bitişmələri aiddir. Plasenta akreta - ciftin uşaqlıq divarına sıx birləşməsi. Normada cift uşaqlıq divarına yapışmış olur, doğumdan sonra rahatlıqla ayrılır. Ciftin sıx bitişməsi zamanı döl doğulduqdan sonra həkim ciftin ayrılma əlamətlərini görmür, əl vasitəsi ilə cifti uşaqlıqdan ayırır.
Plasenta inkreta - cift xovları uşaqlığın əzələ qatına sirayət edir, cifti əl ilə ayırmaq mümkün olmur.
Plasenta perkreta - cift xovları uşaqlığın bütün qatlarından kecərək qonşu orqanlara sirayət edə bilir.
Son iki patologiyalar zamanı doğuşdan sonra uşaqlıq çıxarılır. Əgər qonsu orqanlar zədələnibsə, əməliyyatın həcmi yaranan ağırlaşmaya uyğun arta bilər (rast gəlinən zədələnmələr sidik kisəsində daha cox olur).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı





