Sağlamlıq

Hıçqırıq nədir: yaranma səbəbləri, qarşısını alan MÜKƏMMƏL ÜSULLAR

21 Avqust 2019 23:45
3 Şərh     Baxış: 31 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hıçqırıq anidən başlayır və əksərən ciddi xəstəlik kimi görülmür, ancaq uzun zaman davam edərsə, hər hansı xəstəliyin xəbərçisi kimi düşünülə bilir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hıçqırıq bəzən bir neçə üsullarla tezliklə dayandırlır. Lakin uzun müddət davam edən bu durum, fərdə stress yaşadır. Bundan başqa 48 saat davam edən hıçqırmanın altına qırtlaq, ağciyər xəstəlikləri, ürək membranında infeksiya və beyin şişi problemlər dayanır. Çox sürətli yemək yemək, həddindən artıq spirt və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. 

Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir. Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinilən səbəblərdir. Həmçinin, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda həkimə baş vurmaq lazımdır.
 
Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər. Hıçqırıq çox vaxt qısa davamlı və zərərsizdir, sağlam şəxslərdə isə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilər. Kiçik körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udan kəslərdə görülən hıçqıraq buna yaxşı bir nümunədir. Həddindən artıq gülmək, qıdıqlanma və ya çox siqaret çəkmək, spirtli içkilər qəbul etmək, əsəb pozğunluğu, hava udulması kimi hallarda müvəqqəti hıçqırıqlarla ortaya çıxır.
 
Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Hıçqırıq bəzən günlərlə-həftələrlə kəsilməyə bilər, xəstəni ciddi şəkildə narahat edə bilər və bilinməsi vacib olan xəstəliyin əlaməti ola bilər. Uzun davamlı hıçqırıqlar xəstənin yemək yeməsinə, yuxusuna, danışmasına təsir göstərir. Cərrahi cəhd zamanı və sonrasında ortaya çıxan hıçqırıqlar da müxtəlif narahatlıqlara gətirib çıxarır. Hıçqırığın mərkəz sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola bilər.
 
Mədə reflüksu və hıçqırıq əlaqəsinə diqqət etmək vacibdir! Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin birinin tapıntısı ola bilər. Mədə reflüksu xəstələrində hıçqırıq da ola bilər. Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olur və reflüks xəstəliyi əlamətini isə göstərməz.
 
Bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman-zaman hıçqırıq tuta bilər, amma reflüksu olan xəstələrdə bu daha tez və uzun müddətli olmaqla rast gəlinir. Təbii ki hər hıçqırıq tutan adamın reflüksu olmur. Bunun yanında hıçqırığı fərqli səbəbləri də var. Hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır.
 
Sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərlə hıçqırıq müəyyən olunur. Bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Boyundakı şah damarı həkim tərəfindən masaj edilə bilər. Keçmədiyi təqdirdə həkimə müraciət edilməlidir. Durdurulmayan hıçqırıq üçün son çarə sinir əyləcinin bir anestetik dərmanla və ya cərrahi blokadasını təmin etməkdir.
 
HIÇQIRIĞA TƏKAN VERƏN SƏBƏBLƏR

• Qastro-ezofageal reflüks xəstəliyi
• Həddindən çox yemək və yaxud qazlı içki istehlak etmək
• İfrat dərəcədə acılı qidalanmaq
• Çox alkoqol qəbul etmək
• Ağciyərlərin siqaret və digər narahat edən qoxularla stimullaşdırılması
• Həddindən çox kədər və sevinc Hıçqırıq zamanı bunları edin.
 
Hıçqırıq zamanı bu üsullara müraciət edin:
 
• Buruna sirkə çəkin
• Limon və ya Ammonyak kimi kəskin iyli maddələr qoxlatmaq
• Sürətli nəfəs alıb-vermək
• Dərin nəfəs alıb, nəfəsinizi tutun
• Dilin arxa hissəinə qaşıqla vurun, öyümə hissi yaransın
• Buz parçası udun və yaxud, buzlu su için
• Üzü soyuq su ilə yumaq və yaxud üzə soyuq su ilə kompres etmək

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.