Sağlamlıq

Gündə neçə litr su içmək lazımdır? - Suyun orqanizmə faydaları

13 Fevral 2019 21:11
2 Şərh     Baxış: 2 445

Sağlam həyatın əsas komponentlərindən biri də su içmək rejimidir. İnsan hər gün təmiz su içməlidir. Bəs biz su qəbulunu düzgün edirikmi? Gündə neçə litr su içmək lazımdır?

Milli.Az məsələ ilə bağlı "ölkə.az"-ın araşdırmasını təqdim edir.

Suyun orqanizmdəki rolu

Su orqanizmdə oksigenin dövranı üçün vacibdir. Eyni zamanda qanın tərkibinə keçərək müəyyən maddələrin hərəkətinə kömək edir. Su hüceyrələrdə baş verən bütün proseslərdə iştirak edir.

Image result for su

Sutkada nə qədər su içməli

Gün ərzində litr yarımdan 2 litrə qədər su içmək lazımdır. Başqa cürə desək, 1 kilo çəkiyə 30 ml su düşür.

Hamiləlik

Həkimlər hamiləlik dövründə qəbul edilən su miqdarını artırmağı məsləhət görürlər. Bu, həm anaya, həm də ana bətnindəki körpəyə faydalıdır. Gündəlik içilən su miqdarını 2.5 litrə qədər artırmaq lazımdır. Şiş yaranmaması üçün qəbul edilən duz miqdarını kəskin azaltmaq məsləhət görülür.

Image result for su

Su böyrəklər üçün faydalıdır

Böyrək üçün ən faydalı profilaktika onların daim işləməsidir. Buna görə də orqanizmə lazım olan su daxil olmalıdır. Rejimə uyğun su içmək məsləhət görülür. Bədəni və böyrəkləri yükləmək də olmaz. Unutmayın ki, sağlam rejim 1.5-2 litr sudur.

Image result for su ic

Nə zaman çox su içmək lazımdır

Bir sıra hallarda insan su normasını gün ərzində 3 litrə qədər artırmalıdır. Bu hallar aşağıdakılardır:

1.Gərgin fiziki rejim

2.İdmanla məşğul olmaq

3.Qusmaq

4.Çox tərləmək

5.Zəhərlənmək

6.Yüksək hərarət

7.Təyyarə ilə uçmaq
Image result for su ic

Əgər kifayət qədər su içməsək nə olar

Su orqanizmdəki bütün proseslər üçün vacibdir. Kifayət qədər su içdiyinizi müəyyən etmək üçün testlərdən keçin. Əgər bu hallar varsa, suyu daha çox içməlisiniz:

1.Əgər dəriniz quruyursa su çox için. Əgər dodağınız çatlayırsa və qırışlar düşürsə, suyu artırın.

2.Həzmdə problem varsa, mədənizdə yanğı varsa, su için. Çünki maye azlığının əlamətidir.

3.Gözlərin acışması.

4.Ağızda quruluq və daim susuzluq hissi.

5.Ümumi yorğunluq, adi həyat tərzində yüksək yorğunluq.

6.Axşamlar tez-tez baş ağrısı.

7.Aclıq hissi.

Image result for buzlu su

Soyuq və ya isti su içməli?

Otaq tempraturunda suyu qəbul etmək məsləhətdir. Bir çox hallarda soyuq su içmək spazma ilə nəticələnir. Qaynar su isə selikli qişanı yandırır.

Related image
Səhərlər su içmək

Səhər bir stəkan su içmək əladır. Bu, orqanizmə faydalıdır. Bir stəkan su orqanizmə bu faydaları verir:

1.Gecə istirahətindən sonra həzm prosesini oyadır və işə salır.

2.İştahı normallaşdırır.

3.Səhər mədə qıcqırmasını aşağı salır.

4.Mədənin divarlarını təmizləyir.

Gecə su içmək faydalıdırmı?

Maddələr mübadiləsi yuxuda da davam edir. Əgər su içmək istəyirsinizsə, için. Amma özünüzü buna məcbur etməyin. Yuxudan əvvəl çox su içmək də lazım deyil. Əgər narahat yatırsınızsa və şişməyə meyllisinizsə, yuxudan əvvəl suyu çox az qəbul edin.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tovuzlu E · 13 Fevral 21:2300

    Qisda kimdi su içen, özü de litrlerle Yene yayda içmek olur

    Cavab yaz
  • Anonim
    Dopu · 13 Fevral 22:3110

    Mənə fəsil fərq etmir gündə 2 litr su içirəm.Nadir hallarda çay içirəm yaxşi şokolat və tort olanda))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.