Sağlamlıq

Üzünüzü gündə 3 dəfə soyuq suyla yuyun - FAYDALARI

2 Fevral 2018 23:33
0 Şərh     Baxış: 6 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq su ilə üz yumağın dəridəki ölü hüceyrələri təmizlədiyini, sızanaqların azalmasını təmin etdiyini bilirsiniz? Milli.Az ailem.az-a istinadən soyuq su ilə üz yumağın bilmədiyiniz faydalarını təqdim edir.

Gün ərzində çirkli hava və makiyaj kimi bir çox səbəblər dəriyə mənfi təsir edir. Bu mənfi təsirlərin dərimizə zərər verməməsi üçün praktik vasitələr axtarmağa başlayırıq.

Bu halda etməniz lazım olan ən sadə yol isə üzü gündə ən az 3 dəfə soyuq su ilə yumaqdır.

Soyuq su dərinin orta təbəqəsində yığılan çirki aradan qaldırır. Dəriyə ən yaxın olan hissə üzümüzdəki yağ səviyyəsini tənzimləyir. Soyuq su dərinin bu təbəqəsini xarici faktorlardan qoruyur və qidalandırır.

Dərinin özünü yeniləməsini sürətləndirir.

Məsamələri kiçildərək qara nöqtə yaranmasını azaldır.

Gecə yatmazdan qabaq soyuq su ilə üz yumaq sızanaqların yaranmasının qarşısını alır.

Əgər dəriniz qurudursa, soyuq su ilə üzünüzü yuduqdan sonra mütləq yüngül bir nəmləndirici istifadə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.