Sağlamlıq

Uşaqlarda enurezin səbəbləri və müalicəsi haqqında - FOTO

8 Aprel 2016 17:53
Baxış: 11 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alt islatma səbəbləri genetik və psixoloji faktorlardan asılı oldugu kimi, fərqli sağlamlıq problemlərinin təsirindən də ola bilər.

Qeyri-iradi sidik ifrazı - enurez adlanır və 3 yaşadək uşaqlarda bu hal normal sayılır. 3 yaşadək uşaqların sinir sistemi bu prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu hal avtomatik şəkildə qeyri-iradi baş verir. Yəni, sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir.

Enurez adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və oğlanların sayı qızlardan təxminən iki dəfə çoxdur.

Enurezin 2 səbəbi var: 1. Tibbi-genetik - bu çox önəmli səbəbdir. Çünki enurezi olan uşaqların 75%-də ata və ya analarında bu hal olub. 2. Psixodinamik - enurezi olan uşaqları 95%-də sırf psixoloji faktor səbəbi aşkarlanıb. Bunlar: reqressiv davranış kimi interpretasiya edilir, uşaqlarda körpə qalma istəyi, özünə diqqət çəkmə, hiddətini və ya acığını bildirmə nəticəsində yarana bilər.

Uşaqlarda qeyri-iradi sidik ifrazının (enurezin) müalicəsi və bu vəziyyətdə uşaqlara qarşı davranış qaydaları haqqında həkim-pediatr Xanım Bəkirova daha ətraflı məlumat verəcək.

Bu barədə daha ətraflı öyrənmək və həkimin tövsiyələri haqda bilmək istəyirsinizsə, onda mütləq "Sağlam nəsil" verilişinə baxmalısınız.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam Nəsil" şənbə günü saat 18:00-da Lider TV-də!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.