Sağlamlıq

Saçların tökülməsinin qarşısını alan maskalar - RESEPTLƏR

17 Mart 2016 00:07
1 Şərh     Baxış: 4 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu təbii maskalar saçları möhkəmləndirir, saçların tökülməyini azaldır.

1. 1 xörək qaşığı ayıpəncəsi yağı 1 xörək qaşığı balla yaxşı qarışdırılır, 2 çalınmış yumurta sarısı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı saçlarınızın köklərinə çəkin, massaj edin, saçlarınızı sellofanla, sonra dəsmalla bağlayın və 1 saat saxladıqdan sonra yaxşı yuyun.

2. 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı təzə limon şirəsi yaxşı qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat saxlayın və sonra yuyun.

3. 1 baş soğan blenderdə əzilir, 2 xörək qaşığı ağ gil və 1 çay qaşığı balla qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat saxlayın və yuyun.

4. 2 xörək qaşığı rəngsiz xına, 1 xörək qaşığı gənəgərşək yağı, 1 yumurta sarısı. Xınanın üzərinə isti su tökün və qarışdırın (sıyıq kimi alınmalıdır). Xına ilıq olanda gənəgərçək yağı və çalınmış yumurta sarısını əlavə edin, yaxşı qarışdırın və saçlarınızın köklərinə çəkin. 2 saatdan sonra maskanı yuyun.

5. 1 xörək qaşığı qırmızı bibər tinkturası (apteklərdə satılır) 1 xörək qaşığı gənəgərçək və 1 xörək qaşığı badam yağları ilə qarışdırın, 1 çalınmış yumurta sarısını əlavə edin, yaxşı çalın və saçlarınızın köklərinə çəkin. 1 saat saxlayın və sonra yuyun.

Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.