Müasir zamanda hər kəs "Hollivud gülüşü"nə sahib olmaq arzusundadır. Müasir tibbin yenilikləri təbii dişləri çıxarmadan, üzərinə bəyaz, parlaq və düz lövhəciklər qoymaqla insanları bu arzusuna çatdırır.
Vinir yarımmillimetr qalınlıqda olan dişin üst tərəfini örtən lövhəcikdir. Vinirlər bir və ya bir neçə dişin xarici görünüşünü dəyişdirmək üçün istifadə olunur.
Qeyd edək ki, ilk vinirlər XX əsrdə ABŞ-da həkim stomatoloq Çarlz Pinkus tərəfindən icad edilib. Əvvəllər vinirlər Hollivud aktyorlarının dişlərindəki eybəcərliyi, sarılığı qısa müddətdə örtmək üçün nəzərdə tutulmuşdu. Vinirlər sayəsində aktyorların düz, ağ və parlaq dişləri olurdu. Vinirlər xüsusi tozlar vasitəsilə yuxarı dişlərin üstünə bərkidilir və bir neçə gün qalırdı.
Müasir vinirlərlərsə ilkin müvəqqəti vinirlərdən uzunmüddətliliyi, dayanaqlılığı, hazırlanma və bərkidilmə texnologiyalarına görə fərqlənir. Vinirlərə mikroprotezlər də deyirlər. Onların vasitəsilə dişlərdəki kiçik çatışmazlıqları - sarımtıl rəngini, əyriliyini, aralı yerləşdiyini gizlətmək olar. Xarici görünüşcə vinirlər nazik linzalara bənzəyir.
Stomatoloq Vəfa Zeynalovanın sözlərinə görə, vinirlərin müxtəlif növləri var: "Terapevtik linzaları insanın öz dişi üzərində hazırlayırlar. Lövhə plomba uyğun olan kompozit materialdan hazırlanır. Diş xeyli zədələnəndə bu növ vinirlər tətbiq olunur. Əgər dişin 60 faizdən çox hissəsi zədələnibsə, diş bərpa olunsa belə pis görünürsə, vinirlər onu gözəlləşdirir. Bir neçə mərhələyə diş bərpa olunur və üzərinə vinir bərkidilir. Bəzi hallarda daha yaxşı nəticə almaq üçün dişin üstünü bir qədər yonurlar".
Stomatoloq bildirib ki, terapevtik vinirlər dişləri gözəlləşdirmək üçün nəzərdə tutulmayıb: "Bu vinirləri diş nəzərə çarpacaq qədər zədələndikdə istifadə etmək lazımdır. Lakin terapevtik vinirlərin hazırlandığı kompozit materialın rəng çalarları məhduddur və təbii dişlərin rənginə uyğun gəlməyə bilər. Bəzi hallarda təbii dişin rənginə uyğun terapevtik vinir tapmaq olmur. Yaxşı olar ki, pasient terapevtik vinirin rənginə özü də fikir versin. Əgər rəng az da olsa fərqlənirsə, güləndə estetik cəhətdən pis görünəcəyinə hazır olsun".
Həkim ucuz materialdan hazırlanan vinirlərdən istifadə etməməyi tövsiyə edir. Keyfiyyətsiz materialdan olan vinirlər daha tez yararsız hala düşəcək. Ortopedik və ya hollivud vinirləri dişin üzərində deyil, xüsusi şəraitdə pasientin restavrasiya olunacaq dişlərinə uyğun hazırlanır. Bu cür vinirləri xüsusi tibbi qarışıqdan və ya keramikadan düzəldirlər. Vinirləri xüsusi yapışqan vasitəsilə dişin üstünə yapışdırırlar.
Vinirlərin yeni çıxan növlərindən biri də lyuminirlərdir. "Lyuminirlər daha yüksək texnologiya ilə və möhkəm materialdan hazırlanır. Bahalıdır, lakin onları qoyarkən dişlərin əlavə yonulmasına ehtiyac qalmır. Onlar digər vinirlərə nisbətətn çox nazikdir. Lyuminirlər xüsusi laboratoriyalarda hazırlanır".
Müsahibimiz qeyd edib ki, vinirləri dişlərin rəngi saralanda və ya qaralanda, müasir üsullarla dişin rəngini ağartmaq mümkün olmadıqda, dişlərin arasında məsafə çox olduqda həkim tərəfindən məsləhət olunur. Dişin plombu köhnəldikdə və dişlər pis görünəndə, üstündə cızıq olduqda, zədələndikdə də tətbiq olunur.
Əgər vinirlərin qoyulması üçün dişlərin yonulması tələb olunursa, diş minası zəifdirsə, bu yolla vinirlərin qoyulması zərərlidir. Çox uzun və ya qısa dişlərə də vinirlərin qoyulması məsləhət deyil. Özündən asılı olmadan dişlərini möhkəm sıxanlar da vinir qoydura bilməzlər. Ona görə ki, dişlərini bərk sıxdıqca vinirlər yonulur və qopa bilər.
Ölçüsünə gəlincə, həkuim deyir ki, vinirlərin qalınlığı 1,5 mm qədər olur. Keramika tez qırılan material olduğu üçün çox nazik düzəltdikdə azca ağırlıq düşən kimi qırılır. Vinirlərin müsbət tərəfləri gözəl görünməsi, rəngini və formasını saxlaması, üzərində daşın yığılmamasıdır. Vinirlər rəngləyici maddələrin təsirindən də rəngini dəyişmir. Əksər stomatoloji klinikalarda vinirləri qoydurmaq olur. Lakin vinirləri diş minası çox həssas olduqda qoydurmaq olmur. Həm də adi vinirlərin yararlılıq müddəti lyuminirlərə və ultranirlərə (vinirin yeni növü) nisbətən azdır. Keyfiyyətli vinirləri 10 il istifadə etmək olar.
Lyumminirlərin qalınlığı 0,5 mm-dən çox olmur. Xaricdə istehsal olunur. Lyuminirlərin bərkidilməsi üçün xüsusi yapışqandan istifadə olunur. Həmin yapışqanın sayəsində lyuminirlər təbii diş kimi şəffaf görünür. Lyuminirləri qoymaq üçün dişlərin yonulması tələb olunmur. Estetik cəhətdən dişi qısaltmaq lazım gəlsə yonmaq olar. Lyuminirləri qoyduqdan sonra peşman olduqda yenidən çıxartmaq mümkündür. Diş minasına ziyanı dəymir. Lyuminirlər də xarici təsirlərə davamlıdır. Rəng və formasını dəyişmir. Həssas diş minasını qoruyur, dişin üzərinə qoyulduqda keyləşdirici tələb olunmur. 20 və daha çox il istifadə oluna bilər.
Vəfa Zeynalovanın dediyinə görə, mənfi cəhətləri onların çox baha olması və qoymazdan əvvəl dişlərin uzunmüddətli müalicəsinin tələb olunmasıdır. "Lyuminirləri xaricdə sifarişə əsasən istehsal edirlər. Bu isə uzun çəkir. Əgər kimsə bir həftəyə lyuminir gətirəcəyini vəd edirsə, deməli, orijinal lyuminirlər deyil".
Onun sözlərinə görə, vinirlərə, möhkəm və bahalı olmasına baxmayaraq, qulluq olunmalıdır. Təbii dişlərə olan qulluq qədər onlara da xüsusi yanaşmaq lazımdır. Həm də vinirlərin altında təbii dişlər var. Vinirli dişləri də hər gün fırçalamaq, müntəzəm stomatoloqa göstərmək lazımdır. Çox möhkəm qida məhsullarını yemək də məsləhət deyil. Əks halda vinir lövhələr qırıla və ya qopa bilər.
Ekspress.az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Vinirlər protezləri geridə qoyur
7 Yanvar 2015 19:46
0 Şərh
Baxış: 29 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Yodla zəngin feyxoa möcüzəsi - Zobun, prostatın dərmandır
-
Təzyiqi salır, qanı duruldur: həkimlərin tövsiyə etdiyi sadə göyərti
-
Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?
-
Söyüşün faydası var imiş - Elm təsdiqlədi
-
İsti çay həqiqətən isidirmi? - Həkimdən maraqlı açıqlama
-
Ürəyin 1 nömrəli dərmanı bu meyvədir
XƏBƏR LENTİ
-
Ramazan ayı bu tarixdə başlayır
-
"Üç gün dayanmadan möcüzə gözlədik" - FOTO
-
Azərbaycanın ən gənc naziri odur - FOTO
-
Yol bağlandı: müğənni Bakıya qayıda bilmir - VİDEO
-
Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
-
ABŞ Venesuelanı vurdu: partlayışlar...
-
Venesuelaya o, rəhbərlik edəcək
-
Mətanət İsgəndərlinin ən böyük arzusu maşın sürməkdir
-
ADY-yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi
-
Xüsusi icra məmurlarına hansı haqlar ödəniləcək? – Yeni qanun
-
Kərəm Bürsin yeni sevgilisi ilə ilk şəkilini paylaşdı - FOTO
-
Buzlu yolda sürüşən maşın çaya aşdı
-
Ucarda “Nissan” aşdı - Xəsarət alanlar var - FOTO
-
SpaceX-dən növbəti uğur: İtaliyanın hərbi və elmi peyki orbitə çıxarıldı
-
Tikinti obyektlərinə tələb olunan gücün hesablanma qaydasında dəyişiklik edilib
-
BƏƏ Yəmən xalqını gərginliyin azaldılmasına və dialoqa çağırdı
-
"20 il əvvəl bu yola çıxdım..."
-
Maduronun saxlanılandan sonra ilk FOTOsu yayıldı
-
Arizonada Göyərtəsində 4 nəfər olan helikopter qəzaya uğradı
-
Avtomobil qayadan aşdı - Bir ailənin 3 üzvü xəsarət aldı
-
Karakasda gərginlik artdı: ABŞ xüsusi təyinatlıları şəhərə daxil olub
-
Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var
-
Narkotikə görə tutulmuşdu - 5 yaşlı qızına qarşı əxlaqsız videoları üzə çıxdı
-
“Green Card” lotereyasında iştirak edənlərin sayı son 10 ildə iki dəfədən çox artıb





